Razi Hümbətov polisdə işgəncələrə məruz qaldığını bildirib

tərəfindən Gozetci

Razi Hümbətov

“Müsəlman Birliyi” Hərəkatının fəalı, həbsdə olan Razi Hümbətov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində altıgünlük saxlanma zamanı ona işgəncə verildiyini bildirib. Bu barədə “Müdafiə xətti” qeyri-hökumət təşkilatının rəhbəri Rüfət Səfərov onun doğmalarına istinadən məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Hümbətov fiziki və psixoloji təzyiq altında narkotiklərlə bağlı etirafedici ifadə verib.

Bundan əlavə, həbsdə olduğu 16 gün ərzində Hümbətova yalnız iki dəfə yaxınlarına 1-2 dəqiqəliyə zəng etməyə icazə veriblər, o da istintaq təcridxanasına köçürüldükdən sonra. Doğmaları ilə görüş verməyiblər.

Səfərov bunu məhbusun hüquqlarının pozulması kimi qiymətləndirib.

Onun sözlərinə görə, məcburi saxlanma yerləri üzrə daxili qaydalara əsasən müəssisəyə daxil olduqdan sonra şübhəli şəxs yaxınlarına zəng etmək hüququna malikdir.

Bundan əlavə, istintaq təcridxanasına keçirildikdən sonra həmin şəxsin həmçinin yaxınlarına zəng etmək imkanı olmalı, sonra isə həftədə iki dəfə 15 dəqiqəlik telefon danışığı hüququna malik olmalı, ailə üzvləri və onun üçün qanuni maraq doğuran digər şəxslərlə ayda 4 dəfə görüş hüququna malik olmalıdır.

Daxili İşlər Nazirliyində Hümbətova fiziki və psixoloji təzyiqlər barədə məlumatları təkzib ediblər, “bu iddiaların faktlara və sübutlara əsaslanmadığını” bildiriblər.

Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb.

Yalnız üç gündən sonra vəkil aydınlaşdıra bilib ki, iyulun 8-də Nərimanov Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu maddə üzrə onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

“Müsəlman Birliyi” Hərəkatı Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, eləcə də gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəsi ilə əlaqələndirirlər.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az