Ekspertizanın Elmar Vəliyevlə bağlı rəyi bəlli olub

tərəfindən Gozetci

Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı ekspertiza rəyi verilib.

Bu barədə vəkil Cavad Cavadov bildirib. Vəkilin qeyd etməsinə görə, ekspertizanın rəyinə əsasən, E.Vəliyevin psixi vəziyyəti onun məhkəmədə dindirilməsinə imkan vermir. C.Cavadovun vurğulamasına görə, ekspert hesab edib ki, məhkəmə prosesi zamanı Vəliyevin vəziyyəti pisləşə bilər.

Məhkəmə prosesi iyulun 15-də davam edəcək.

Vəkilin bu dediklərinə, hələlik, prosesdə digər maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.

Bu ilin mayında məhkəmə Gəncənin keçmiş icra başçısı E.Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı tibbi ekspertizaya qərar vermişdi. Bu üzdən də proses qeyri-müəyyən vaxta ertələnmişdi. Amma E.Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslərin vəkilləri və yaxınları bunu gecikmiş qərar sayırdılar. Onlar deyirdilər ki, məhkəmə davam etdiyi bir ildən artıq müddətdə vəkillər belə bir ekspertizanın keçirilməsi barədə dəfələrlə vəsatət vermişdilər. Amma bu il mayın 25-də bu məsələdə “hə” deyən hakimlər əvvəllər onların heç birini təmin etməmişdi.

Keçmiş icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərovvə daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror Y.Səfərova ömürlük, digərlərinə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Bununla belə, sözügedən qərar ilə məhkəmə prosesi bir aydan çox idi ki, dayanmışdı.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az