Polad Aslanovu müayinə ediblər, amma sənəd verməyiblər

tərəfindən Gozetci

1 saylı Cəzaçəkmə Müəssisəsində  jurnalist  Polad Aslanovu USM və ürəyini Exo kardioqramma müayinəsi ediblər. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova  məlumat verib.

Onun sözlərinə görə, həkim bildirib ki,”sən sağlamsan”.

“Polad Aslanov onlardan USM və Exo müayinəsinin, qan analizlərinin cavablarını tələb edib.Həkim isə bildirib ki, kağızımız qurtarıb.Ona görə ancaq müayinə edə bilirəm,sənəd verə bilmərəm”, – deyə Gülmirə Aslanova davam edib.

O, həkimin dediklərini şübhə altına alıb.

“Beləliklə, 1 saylı Cəza Çəkmə Müəssisəsindən “möcüzə” baş verib.

Ürək-damar xəstəsi olan həyat yoldaşım heç bir tibbi yardım almadığı halda  möcüzə nəticəsində “tam sağalıb”, – deyə o daha sonar bildirib.

Gülmirə Aslanova Pentensiar Xidmətin rəhbərliyinə müraciət edərək həyat yoldaşının  şəxsi hesabına Bakı şəhərində yerləşən ailələsinin  seçdiyi klinikaların birində müayinə edilməsinə  şərait yaradılmasını istəyib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az