Həkimlər həbsdə olan blogerə ciddi xəstəliklə bağlı diaqnoz qoyublar

tərəfindən Gozetci

Həbsdə olan bloger Elçin Həsənzadənin Penitensiar Xidmətin müalicə müəssisəsində müayinəsi zamanı səhhətində ciddi problemlər aşkarlanıb. Bu barədə Turan-a onun yaxınları bildiriblər.

Əsasən, həkimlər aorto-koronar damarların daralması diaqnozunu qoyublar ki, bu da Həsənzadənin sağlamlığı üçün təhlükəli ola bilər.

Bundan əlavə, onda bağırsaq çatı və böyrək xəstəliyi aşkar edilib.

Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb və Həsənovun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148 (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqda tənqidi yazılar səbəb olub.

Bundan öncə Mingəçevir məhkəməsi onların hər ikisini islah işlərinə məhkum edib, blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəzləyib.  azadlıqdan məhrum edib.

Həsənzadə hüquq-müdafiə fəaliyyəti ilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az