Həbs olunan jurnalist keyfiyyətli tibbi xidmətin olmamasından şikayətlənib

tərəfindən Gozetci

Xeberman.com saytının redaktoru Polada Aslanovun  həyat yoldaşı Gülmirə Aslanova 1 saylı  cəzaçəkmə müəssisəsində ərinə təsirli tibbi yardım göstərilmədiyini bildirib.

Onun sözlətinə görə,  Penitensiar Xidmətin Tibb Müəssisəsinin həkimi Polad Aslanovu yalnız təzyiqini  ölçərək və  ürəyini və qarın boşluğunu “əli ilə müayinə” edərək  tam sağlam olduğu rəy verib.

Amma Polad Aslanovun qan təzyiqi daim 90/60-dır,  ağır baş ağrıları  var.

Gülmirə  Aslanova Penitensiar Xidmətin rəhbərliyini həyat yoldaşı üçün ultrasəs müayinəsi və eхokardiyogram edilməsini tələb edib.

Xatırladaq ki, Aslanov 16 Noyabr 2019-cu ildə İran lehinə casusuluq  ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib.  O bu ittihamı rədd edib və hüquq-mühafizə orqanlarında korrupsiya ilə bağlı materiallar dərc etdiyinə görə cəzalandırıldığını iddia edib.

Sərhədsiz Reportyorlar və digər insan haqları təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az