Orduya dəstək aksiyasında tutulanların məhkəməsi davam edir

tərəfindən Gozetci

Mayın 18-də Azərbaycan ordusuna dəstək məqsədilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı baş verən hadisələrlə bağlı təqsirləndirilənlərdən 12 nəfərin məhkəməsi davam edib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Daxili İşlər Nazirliyi Maddi-texniki Təminat İdarəsinin rəis müavini Samir Ağayev ifadə verib. O bildirdi ki, hadisə zamanı 20-dən çox polis avtomobilinə ziyan dəyib, onlardan ikisini təmir etmək mümkün olmayıb və ümumi dəyən ziyan təxminən 55 min manat məbləğində dəyərləndirilir.

Habelə qeyd edib ki, hazırda təqsirləndirilən şəxslərə iddiaları yoxdur, lakin məhkəmə hadisəni törədən şəxsləri müəyyənləşdirəndən sonra onlara qarşı mülki qaydada məhkəməyə müraciət olunacaq.

Xətai rayon Polis İdarəsinin əməkdaşı Səxavət Babayev isə ifadəsində bildirib ki, hadisə günü onlara həyəcan siqnalı daxil olub və onlar Milli Məclisin önünə gəlib. Onun sözlərinə görə, ona daş atılıb, lakin həmin daşın kim tərəfindən atıldığını görməyib.

Digər polis işçisi də oxşar ifadə verib.

Növbəti məhkəmə prosesi mayın 25-ə təyin edilib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az