Əfqan Sadıqovun vəziyyəti pisləşməyə davam edir

tərəfindən Gozetci

Uzun müddətdir aclıq aksiyasını davam etdirən AzelTV saytının redaktoru Əfqan Sadıqovun ayaqları tutulub, kəskin yaddaş pozuntusu, şəkər xəstəliyi yaranıb. Bu barədə cümə günü onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Hazırda o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindədir və onu müayinə etmək üçün endokrinoloq dəvət olunub.

“Həkim Əfqanı müayinə etdikdən sonra deyib ki, əgər proses bu sürətlə davam edərsə, şəkər böyrəkləri və digər orqanları sıradan çıxaracaq”, deyə jurnalistin həyat yoldaşı bildirib.

Xatırladaq ki, Əfqan Sadıqov 2020-ci ildə xeberfakt.az saytının redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət almaq ittihamı ilə həbs edilib. Amma bu fakt üzrə yalnız sadıqov mühakimə edilib. O, 7 il müddətinə azadlıqan məhrum edilib. Apellyasiya Məhkəməsi Əfqan Sadıqovu azad etməkdən imtina etdikdən sonra o, aclıq aksiyasına başlayıb.

Bir müddət sonra həkimlər onu süni yolla qidalandırmağa başlayıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az