Hüquq müdafiə təşkilatı bir qrup məhbusun damarlarını doğradığını bildirir

tərəfindən Gozetci

Müdafiə Xətti Hüquq Müdafiə Təşkilatı aprelin 25-də bir qrup məhkumun damarlarını doğraması barədə məlumat yayıb.

“Müdafiə Xəttinə daxil olan məlumata görə, aprelin 25-də səhər saat 6-7 radələrində 6 saylı Cəzaçəkmə Müəsissəsində 10 nəfərə yaxın məhkum müəsissə rəhbərliyinin özbaşnalığına etiraz olaraq bədənlərinə xəsarət yetiriblər, damarlarını doğrayıblar”, deyə təşkilatın rəhbəri Rüfət Səfərov feysbuk səhifəsində qeyd edib.

Rüfət Səfərov Turan-a bildirib ki, məhbuslar damarlarını doğraması barədə xəbəri 6 saylı Cəzaçəkmə Müəssisəsindən yaxın günlərdə həbsdən azad edilən bir məhbus yoldaşlarına çatdırıblar.

“Etiraz edənlər kriminal məzmunda cəza çəkənlərdir. Onların arasında siyasi məhbuslar yoxdur. Yaxın zamanda damarlarını doğrayan məhbusların adlarını da ictimaiyyətin diqqətinə çatdıracağıq”, deyə o qeyd edib.

Dünən Penitensiar Xidmətdən məlumatla bağlı şərh almaq mümkün olmayıb. Bu xidmətdən Turan-a bildiriblər ki, bazar günü olduğundan əməkdaşların istirahət günüdür.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az