İtkin düşən hərbiçilərin valideynləri aksiya keçiriblər

tərəfindən Gozetci

Bu gün, aprelin 8-də İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş bir qrup hərbiçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Valideynlər övladlarının axtarışının təşkil edilmədiyini, hökumət rəhbərləri tərəfindən qəbul edilmədiklərini, şikayətlərinə baxılmadığını bildiriblər.

Etiraz edənlər Azərbaycan prezidenti İlham Əliyevdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğandan və Rusiya prezidenti Vladimir Putindən övladlarının taleyinin müəyyən edilməsində köməklik göstərmələrini xahiş ediblər.

Valideynlərin qarşısına baş prokuror Kamran Əliyev çıxıb və onları qəbul edib.

“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracağam. Bəzi nəticələr də var. Ölkə prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”, deyə o qeyd edib.

Valideynlər övladlarının Ermənistan tərəfdə əsirlikdə olduğunu güman edirlər.

Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsində 64 nəfər itkin düşüb. Onlardan bir neçəsinin nəşi son aylarda tapılaraq ailələrinə təhvil verilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az