Ruslan Əmirovun işi üzrə məhkəmə prosesində

tərəfindən Gozetci

Aprelin 6-da Bakının Səbail rayon məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəmə baxışı şahid ifadələri ilə davam etdirilib.

Bu gün məhkəmədə 5 şahid ifadə verib və  onların hamısı Ruslan Əmirovu tanımadığını, 14-15 iyul 2020-ci il aksiyası zamanı onu görmədiyini deyib.

“İstinaq orqanı 22 nəfəri şahid qismində tanıyıb. Artıq məhkəmədə 19 şahid ifadə verib. Şahidlərin hamısı məni aksiya zamanı görmədiyni deyib”, deyə istintaq müddəti üçün polis nəzarəti altında olan Əmirov bildirib.

Proses aprelin 22-də davam etdiriləcək.

Əmirova qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Əmirov Turan-a bildirib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib. “Mənə qarşı cinayət işi siyasi motivlidir. Mən heç bir qanunsuz əməl törətməmişəm, yalnız Azərbaycan ordusunu dəstəkləmək üçün aksiyada iştirak etmişəm”, deyə Əmirov bildirib.

AXCP-nin məlumatına görə, ötən il 14-15 iyul aksiyası ilə əlaqədar partiyanın 45 fəalı saxlanılıb, onların 15 nəfəri inzibati qaydada həbs edilib, 16 nəfərə qarşı cinayət ittihamları irəli sürülüb, 14 nəfəri isə şahid qismində dindirilib.

Sonradan cinayət ittihamlar ilə həbs edilənlər polis nəzarətinə verilib və onlar həbsdən azad edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az