Prokuror Yunis Səfərova ömürlük həbs cəzası istəyib

tərəfindən Gozetci

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi” üzrə prosesdə dövlət ittihamçısı yekun söz ilə çıxış edib. O, iş üzrə əsas fiqurant, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan  Yunis Səfərovun ömürlük həbs olunmasını istəyib.

Prokuror digər 11 fiqurantın 18-20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan öncə Yunis Səfərov Gəncənin icra başçısına sui-qəsdin səbəbini onunla izah edib ki, Vəliyev “qanunsuzluq törədib, ədalətsiz hərəkətlər edib”.

Mən uzun illər Moskvada yaşamışam, amma mətbuatdan və İnternetdən Azərbaycandakı hadisələri izləyirdim. Dövlət orqanları Vəliyevin qanunsuz hərəkətlərinin qarşısını almadıqlarına görə mən buna son qoymaq qərarına gəldim. Çünki törədilən qanunsuz hərəkətlər cəzalandırılmalıdır. Mən hakimiyyətə siqnal göndərdim və ədalət naminə bunu etdim”, – Səfərov bildirib.

*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az