AXCP: Partiya üzvü 30 sutka həbs edilib

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Hacıyevin dünən, martın 19-da inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, Ş.Hacıyevi polis martın 17-də axşam saatlarında Gəncədə yaşadığı evindən aparıb:

“Polis Şahin bəyin evinə gələrək onu aparıb. Martın 19-u Kəpəz Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib. Şahin Hacıyevin rəsmi hansı maddə ilə həbs olunduğu bilinmir”.

Partiyadan bildirilib ki, Ş.Hacıyevin həbsinin səbəbi onun facebook sosial şəbəkəsində yazdığı statuslardır:

“O, ölkə rəhbərliyini kəskin tənqid edirdi. Bu səbəbdən də bu il yanvarın 20-də polis tərəfindən saxlanaraq İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) 25 sutka inzibati qaydada həbs edilmişdi”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Kəpəz Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyinə görə, həbs olunmur

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az