“İnsan Hüquqları Evi” Fondu martın 8-də Bakıda polis zorakılığını pisləyib

tərəfindən Gozetci

Photo: Ulviyya Ali

“İnsan Hüquqları Evi” Fondu Azərbaycanda qadın fəallara hücumu, o cümlədən onların şəxsi həyatına qəsd təcrübəsini pisləyir, bu barədə bu beynəlxalq təşkilatın 15 mart tarixli bəyanatında deyilir.

“Azərbaycan hakimiyyətini vətəndaşların toplaşmaq və ifadə azadlığını pozmağa son qoymağa, habelə bütün hüquq müdafiəçilərinin, o cümlədən qadın hüquq müdafiəçilərinin və gənc fəalların müdafiəsinin təmin edilməsi üçün addımlar atmağa çağırırıq.

“İnsan Hüquqları Evi” Fondu Azərbaycanda qadın fəallara son hücumları, eyni zamanda onların şəxsi həyatına qəsd təcrübəsini pisləyir”, deyə bəyanatda qeyd edilir.

Azərbaycan hakimiyyətinin hərəkətləri toplaşmaq və ifadə azadlığına davam edən qəsdin daha bir nümunəsidir. Görünür, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə məhəl qoymamağa davam edir, deyə sənəddə bildirilir.

2021-ci il martın 8-də polis Bakının mərkəzində qadınların Beynəlxalq Qadın Hüquqları Gününə həsr edilmiş yürüşünü dağıdıb. Polis ən az 25 nəfəri, o cümlədən hüquq müdafiəçiləri Gülnarə Mehdiyeva və Nərmin Şahmarzadəni saxlayıb. Polis güc tətbiq edərək, saxlanılan şəxsləri zorla polis maşınlarına mindirib və bütün şəhər üzrə polis bölmələrinə aparıb.

Hakimiyyət hələ yürüşdən əvvəl iştirakçıları saxlamağa başlayıb. Bu, Azərbaycanın əvvəllər də (xüsusən 2019 və 2020-ci illərdə iki müxalifət liderinə qarşı) tətbiq etdiyi qanunsuz təcrübədir. Yürüş başlamazdan əvvəl polis kafedə ən az iki qadın hüquq müdafiəçisini saxlayıb. Daha bir fəal etiraz aksiyasına gedərkən yolda taksidən düşürülüb. Yürüş başladıqdan sonra hakimiyyət aksiyanın keçirilməsinə icazə olmamasını əsas gətirərək, qadın hüquq müdafiəçilərini saxlamağa davam edib.

Bu tələb beynəlxalq hüquqa ziddir. Bundan başqa, icazənin olmaması polisə ictimai tədbiri dağıtmaq hüququ vermir.

Hüquq müdafiəçilərinin polis tərəfindən saxlanılması şəbəkələrdə qadın hüquq müdafiəçilərinə qarşı bir sıra hücumlarla müşaiyət olunur. Nərmin Şahmarzadənin, Fatimə Mövlamlının, Gülnarə Mehdiyevanın və digərlərinin sosial şəbəkələrdəki hesablarının ələ keçirildiyi barədə məlumatlar yayılıb. Söhbət şəxsi audioyazıların və intim fotoşəkil və videogörüntülərin sızmasından, habelə yalan məlumatların yayılmasından gedir.

Xədicə İsmayıl və Əminə Rüstəmzadəyə (hüquq müdafiəçisinin həyat yoldaşı) qarşı da bu təcrübədən istifadə olunub.

“İnsan Hüquqları Evi” Fondu Azərbaycanlı hüquq müdafiəçiləri, o cümlədən qadın hüquq müdafiəçiləri və toplaşmaq və ifadə azadlığı uğrunda mübarizə aparan hamı ilə həmrəydir, deyə bəyanatda qeyd edilir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az