“Sovetski” sakinləri haqlarını tələb edirlər

tərəfindən Gozetci

Cümə axşamı  paytaxtın “Sovetski” deyilən ərazisinin keçmiş sakinləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər. 2014-cü ildən bəri evlərindən köçürülən sakinlər illərdir şikayət və tələblərinə baxılmadığını və aldadıqlarını deyiblər.

Onların sözlərinə görə, yaşadıqları evlərin sahəsi düzgün hesablanmayıb, kompensasiyalar tam məbləğdə ödənilməyib. Həyət sahələri üçün vəsait ayrılmayıb. Bu ərazidə qeydiyyatda olanlara kiçik məbləğdə belə konpensasiya ödənilməyib. Ailə üzvlərinin sayı nəzərə alınmayıb.

“Hüquqlarımızın bəpasını istəyirik. Haqqımızı yeyən məmurlardan halal pulumuzu tələb edirik. Şəhərin mərkəzindən ata-baba yurdundan uzaqlaşdırılmışıq, barı mülkiyyətimizin dəyərini tam ödəsinlər ki, özümüzə münasib ev ala bilək. Kirayədə yaşamaqdan bezdik”, – şikayətçilər deyiblər.

Onlar kömək üçün prezidentə müraciət ediblər.

Nazirlər Kabinetinin məsləhətçisi olduğunu deyən şəxs pandemiya dövründə karantin qaydalarına görə dövlət qurumlarında vətəndaşların qəbulunun qadağan edildiyini xatırladıb  və etirazçıların yanına gələrək onların ərizə və şikayətlərini qəbil edib.

Polis aksiyaya müdaxilə etməsə də, vətəndaşları ərazidən uzaqlaşdırıbılar.

Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə edib.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr  olub. Onlar müxtəlif dövrlərdə aksiyalar keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

“Sovetski” ərazisində söküntülər son illərdə də davam edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az