Əfqan Sadıqov aclığı davam etdirir, Polad Aslanova isə Qırmızı Xaç nümayəndələri baş çəkiblər

tərəfindən Gozetci

13 günlük fasilədən sonra Əfqan Sadıqovu məcburi qidalandırmaq üçün yenidən mədəsinə zond salıblar. Bu  barədə onun xanımı Sevinc Sadıqova bildirib.

“Dodağının üstünə keyidici iynə vurulur və zond tərpənməsin deyə dodağının üstünə iynə ilə tikilib. Qısası, cəhənnəm əzabı verirlər”, – o deyib.

Əfqan 110 gündür ki, yeməkdən imtina edir, əgər azad edilməsə, öləcək, çünki aclıq aksiyasından imtina etmir, – o deyib.

Xatırladaq ki, Azel.TV saytının təsisçisi Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə tələbetmə ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz sayaraq noyabrın 4-dən etiraz əlaməti olaraq aclıq elan edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi onun cəza müddətini 6 ilədək azaldıb. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Digər KİV nümayəndəsi, 1 saylı koloniyada cəza çəkən Polad Aslanova dünən Qırmızı Xaç nümayəndələri baş çəkiblər. Bu barədə onun xanımı Gülmirə Aslanova məlumat verib.

“Onlar mənə məlumat verdilər ki, Poladı soyuq yerdə saxlayırlar və bunu koloniya rəisinin diqqətinə çatdırıblar. O, yer məsələsini həll edəcəyini vəd edib. Ancaq 14 gün ərzində Polad karantində olacaq, buna görə də heç bir görüş və telefon danışığı olmayacaq”, – Gülmira Aslanova bildirib.

O, həyat yoldaşının durumundan narahat olduğunu deyib. Çünki üç həftədən çoxdur ki,  aclıq edir və soyuq yerdə saxlanması onun vəziyyətinin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər.

Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs edilməsini istəyib.

Polad Aslanov 12 iyun 2019-cu ildə həbs edilib və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Polad Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi Polad Aslanovun şikayətini təmin etməyib və hökmü qüvvədə saxlayıb. Buna qədər o, iki həftə aclıq edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az