Siyasi məhbuslara dəstək aksiyasında jurnalistlərə qarşı polis zorakılığı

tərəfindən Gozetci

Bir qrup qadın – siyasi məhbusların ailə üzvləri və müxalifət fəalları bu gün ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad edilməsini tələb ediblər və Qərb diplomatlarının diqqətini bu problemə cəlb etməyə çalışıblar.

Aksiyada xüsusən Tərtər və Gəncə işləri üzrə həbs edilənlərin ailə üzvləri, həmçinin xeberman.com saytının təsisçisi Polad Aslanovun və Azel.tv saytının təsisçisi Əfqan Sadıqovun həyat yoldaşları iştirak ediblər.

Aksiya iştirakçıları əllərində siyasi məhbusları azad etməyə çağıran şüarlar yazılmış plakatlar, habelə onların portretlərini tutublar. Onlar Novruz bayramı ərəfəsində siyasi məhbusları əfv etməyi və daha sonra onlara bəraət verməyi tələb ediblər.

Aksiyanın başlamasından 10 dəqiqə sonra gələn polis dəstələri aksiyanın qarşısını alıblar, Sevinc Sadıqovanı və Xalq Cəbhəsi Partiyasının fəalı Mətanət Mahmarzayevanı saxlayıb.

Bu zaman polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edib. Bəzi polislər reportyorların kameralarını əllərindən almağa çalışıblar, onlardan çəkiliş aparmamağı tələb ediblər, jurnalistlərin maskalarını çıxararaq onların özlərinin və vəsiqələrinin şəklini çəkiblər. Bu zaman polislər öz hərəkətləri barədə rəhbərliyə məruzə edir, onlardan göstəriş alırdılar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az