Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarının elan edilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

tərəfindən Gozetci

Bakı Apellyasiya Məhkəməsində bu günə təyin edilmiş Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvü Tofiq Yaqublunun şikayəti üzrə qərarın elan edilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Buna formal olaraq işə baxan hakimlərdən birinin iştirak etməməsi səbəb olub.

Yaqublu özü jurnalistlərə bildirib ki, qərarın elan edilməsinin növbəti dəfə təxirə salınması siyasi hakimiyyətin qərarının olmaması və məhkəmənin müstəqil şəkildə hərəkət etməyə hazır olmaması ilə bağlıdır.

Bugünki iclasla əlaqədar məhkəmənin qapıları önündə və məhkəmə binasının ərazisi ətrafında gücləndirilmiş polis dəstələri yerləşdirilib. Onlar vaxtaşırı toplaşan fəallardan beş-beş toplaşmamağı tələb ediblər.

Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində YNH və ər-arvada hücum haqqında uydurma iş üzrə saxlanılıb. Müxalifətçi ona qarşı təxribat törədildiyini bildirib. İstintaq Yaqublunun fiziki güc tətbiq etməsinin və YNH törətməsinin dəlillərini təqdim etməyib. Bununla belə, sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib.

Yaqublu uydurma cinayət ittihamının ləğv edilməsi tələbi ilə aclıq elan edib və aclığı 17 gün davam etdirib. Beynəlxalq hüquq müdafiə təşkilatları, Aİ, ABŞ işə yenidən baxmağa çağırıblar. Nəhayət, sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirib və Tofiq Yaqublunu ev dustaqlığına keçirib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az