Ombudsman Aparatı: “Əfqan Sadıqov qida qəbulundan əvvəlki kimi imtina edir”

tərəfindən Gozetci

Azel TV saytının rəhbəri Əfqan Sadıqovun şikayəti ilə bağlı yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsində keçirilməli olan proses baş tutmayıb. Proses yanvarın 28-nə təyin edilib.

Bunu AzadlıqRadiosuna Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova bildirib.

Sevinc Sadıqova laqeydlikdən gileylənib: “Bu qədər instansiyalara müraciət edirik, məktublar ünvanlayırıq, cavab verən yoxdur. Demək olar ki, çıxılmaz vəziyyətə düşmüşük. Əfqanın səhhəti ağır olaraq qalır, artıq 80 gündür ki, aclıq edir”.

Sevinc Sadıqova ötən ilin sonunda isə bildirmişdi ki, Əfqan Sadıqovun səhhəti kəskin ağırlaşdığından həkimlər ona sistem köçürməli olublar.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma bu gün, yanvarın 22-də Ombudsman Aparatından “Turan” agentliyinə Əfqan Sadıqovla bağlı aşağıdakıları bildiriblər: “Əfqan Sadıqovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinəsi davam edir. Vəziyyəti orta-ağır dəyərləndirilir. Qida qəbulundan əvvəlki kimi imtina edir”.

Azel TV saytının rəhbəri Əfqan Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az