Zamirə Hacıyeva məhkəməni uduzdu

tərəfindən Gozetci

Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva bundan öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı

Azərbaycanda həbsdə olan bankirin həyat yoldaşı pulunun mənbəyini açıqlamaqla bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətini uduzub. Söhbət on il ərzində Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləmiş Zamirə Hacıyevadan gedir. Onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda həbsdədir.

Böyük Britaniya Ali Məhkəməsi dekabrın 21-də bildirib ki, Hacıyevanın Britaniya Milli Cinayətkarlıq Agentliyinin (MCA) ona qarşı qaldırdığı İzaholunmaz Sərvət Orderindən (İSO) şikayətini rədd edib.

İndi Hacıyeva sərvətinin mənbəyini izah edə bilməsə, Londonun mərkəzindəki dəbdəbəli evini, Berkşirdə ayrıca qolf meydançasını itirə bilər.

“İndi ondan tələb olunacaq ki…”

2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev vəzifə saxtakarlığı və mənimsəmə ittihamları ilə 16 il 6 ay həbs cəzasına məhkum edilib.

Ali Məhkəmə bildirib ki, Hacıyevanın iddiası qanuni maddələrlə arqumentləşdirilməyib.

Onun məhkəmələri iddia qaldıraraq deyiblər ki, MCA onu qanunsuz olaraq hədəfə alıb.

“Bu, İzaholunmaz Sərvət Orderlərini (İSO) maliyyə təhqiqatlarında güclü alətə çevirmək üçün əhəmiyyət daşıyan vacib nəticədir”, – MCA-nın Milli İqtisadi Cinayətkarlıq Mərkəzinin Baş direktoru Qraem Biqar deyib.

“Xanım Hacıyevanın orderdən şikayət verməsi üçün başqa yol qalmayıb. İndi ondan tələb olunacaq ki, bu sərvətlə bağlı istədiyimiz informasiyanı MCA-ya təqdim etsin”, – o, sözlərinə əlavə edib.

Hacıyeva sözügedən orderlərin təsirini məruz qalan ilk şəxs olub. İSO-lar 2018-ci ildə “MakMafiya” qanunları çərçivəsində qüvvəyə minib.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az