97
Azərbaycanda koronavirusa yoluxanların sayının artması karantin tədbirlərinin sərtləşdirilməsini reallaşdırır, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) belə hesab edirlər.
Bu qurumun nümayəndəsi Vasif Əliyev mətbuata bildirib ki, ölkədə koronavirusa təkrar yoluxma halları qeydə alınıb, xəstəxanalar doludur, yoluxmuş şəxslərin sayı isə artmaqda davam edir.
Bir neçə gündür ki, gündəlik 3-4 min yeni yoluxmuş şəxs qeydə alınır.
Ölənlərin sayı da xeyli artıb və onların sayı 30 nəfərdən aşağı düşmür.
Ekspertlər sərtləşdirmə tədbirləri kimi yaşlıların küçəyə çıxmasına qadağa qoyulmasını, SMS-icazələrin yenidən tətbiqini və s. göstərirlər.
Turan