BDU-dan xaric edilən tələbə ilə bağlı məsələyə bu gün yenidən baxılacaq

tərəfindən Gozetci

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu BDU tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib”.

Bunu BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.

O bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib.

“Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, BDU-nun yaydığı məlumatda bu il noyabrın 23-də Universitetin Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədovun tədris prosesi zamanı ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını pozduğu və Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiyi, buna əsasən tələbənin universitetdən xaric edildiyi bildirilir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az