Əfqan Sadıqov aclığını davam etdirir

tərəfindən Gozetci

Sevinc Sadıqova noyabrın 25-də Kürdəxanı İstintaq Təcridxanasında ədalətsiz hökmə etiraz əlaməti olaraq 22 gündür aclıq edən həyat yoldaşı, Azel.TV saytının redaktoru Əfqan Sadıqovla görüşməyə müvəffəq olub.

Görüşdən sonra Sevinc Sadıqova jurnalistlərə bildirib ki, həyat yoldaşı aclığın 20-ci günündən etibarən maye qəbul etməkdən də imtina edib.

“İstintaq Təcridxanasının tibb məntəqəsində olan Əfqanın vəziyyəti ağırdır. O, artıq gəzə bilmir. Həkimlər böyrəklərinin zəhərlənməsi təhlükəsi olduğunu bildiriblər. Əfqan həkimlərin sistem qoşmaq təklifini qəbul etməyib. Əfqan deyib ki, həbsxanadan ya ölü, ya da bəraət almış olaraq çıxacaq”, deyə Sevinc Sadıqova bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Əfqan Sadıqov bu ilin mayında hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu 7 il müddətinə azadlıqan məhrum edib. O, noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq aclıq elan edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az