AXCP sədrinin mühafizəçisinin həbs müddəti 5 ay daha uzadılıb

tərəfindən Gozetci

Nəsimi rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Hakim Azər Tağıyev müstəntiq Ramiq Babayevin təqdimatı əsasında prokurorun verdiyi vəsatəti təmin edib. Həbs qətimkan tədbirinin aprelin 23- nə kimi uzadılması barədə qərar qəbul edilib. Qərardan apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Niyaməddin Əhmədov aprelin 15-də İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinı rejimin, karantin rejiminin pozulması) maddəsilə 30 sutka inzibati həbs cəzası almışdı. Ona verilmiş 30 sutkalıq inzibati həbs cəzası mayın 15-də axşam saat 22.00-da başa çatsa da, onu buraxmamışdılar. Daha sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülərək, ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Niyaməddin Əhmədovun həbs olunandan bu günə kimi ailəsi ilə görüş və telefon danışıqlarına qadağa var.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az