Əfqan Sadıqov təcridxananın tibb məntəqəsinə yerləşdirilib

tərəfindən Gozetci

Azel.Tv saytının rəhbəri Əfqan Sadıqov ötən gün axşam

Kürdəxanı təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Bu  barədə onun xanımı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, bu gün aclıq aksiyasının 15-ci günündə onun təzyiqi 80/50-ə enib, böyrəklərdə kreatinin səviyyəsi yüksəlib.

“Bu gün həkim ona baxdı, amma Əfqan ona qidalandırıcı vasitələr tətbiq etməyə icazə vermir. Ümumi vəziyyəti pisdir. Aclıq aksiyasının 20-ci günü (beş gündən sonra) sudan da imtina edəcək”, – S.Sadıqova deyib.

* Əfqan Sadıqov bu ilin may ayında hədə-qorxu yolu ilə tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib.

Noyabrın 4-dən  hökmə etiraz olaraq aclıq elan edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az