Əfqan Sadiqovun ailəsinin şikayəti var

tərəfindən Gozetci

Bakı İstintaq Təcridxanası rəhbərliyinin azel.tv saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun aclıq aksiyasını sənədləşdirməkdən imtina etdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqovaməlumat verib. Onun sözlərinə görə, Ə.Sadıqov 14 gündür aclıq edir. Xanımının əlavə etməsinə görə, amma Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirib ki, Ə.Sadıqov aclıq etmir və tibb məntəqəsinə getmək istəmir.

“Əfqanın aclıq etməsi ilə bağlı noyabrın 4-də İstintaq Təcridxanasına verdiyi ərizəni gizlədiblər və sənədlərin arasına tikməyiblər. Əfqanı təcrid etmirlər, o, adi kameradadır. Təzyiqi 80/50-yə düşüb. Vəziyyəti pisdir, ona həkim nəzarəti yoxdur”, – deyən həyat yoldaşı Penitensiar Xidmətin rəhbərliyindən şikayət edib.

Şikayətə, hələlik, Bakı İstintaq Təcridxanasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov “Turan” agentliyinə bildirib ki, onların müəssisələrində aclıq edən məhbus yoxdur.

Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi söylənir.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az