Human Rights Watch: Dinc sakinləri öldürməyin

tərəfindən Gozetci

[:az]

Azərbaycan tərəfdən öldürülmüş mülki şəxslərin sayı 12-yə çatıb, 35 nəfərin yaralandığı deyilir

AİHM Ermənistanın Azərbaycana qarşı ərizəsi üzrə qərar verdi

Sentyabrın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın Azərbaycana qarşı müharibənin dayandırılması haqda ərizəsi üzrə qərar verib. Məhkəmə bildirir ki, Konvensiyanın ciddi şəkildə pozulması riskini nəzərə alaraq təcili tədbirlər üzrə 39-cu Qaydasını tətbiq etmək qərarına gəlib. Məhkəmə belə ərizələrə müstəsna hallarda, ərizəçilərə qarşısıalınmaz ziyan vuracaq real risk olanda baxır.

AİHM həm Azərbaycan, həm də Ermənistanı pozuntulara, xüsusilə dinc əhalinin hüququnu poza biləcək, onların həyat və sağlamlığını riskə atacaq hərbi əməliyyatlardan çəkinməyə çağırır. Qərarda tərəflər Konvensiya, xüsusilə Maddə 2 (yaşamaq hüququ) və Maddə 3 (işgəncənin və qeyri-insani, yaxud alçaldıcı rəftar yaxud cəzanın qadağan olunması) çərçivəsində öhdəliklərinə əməl etməyə çağırılır.

Məhkəmə tərəfləri öhdəliklərinə əməl olunması yönündə atdıqları addımlar barədə mümkün qədər tez informasiya verməyə dəvət edir.

Human Rights Watch: Dinc sakinləri öldürməyin

Dağlıq Qarabağ münaqişəsində bütün silahlı qüvvələr beynəlxalq humanitar hüquqa əsaslanaraq döyüşçülərlə dinc şəxsləri fərqləndirməlidir, “Human Rights Watch” insan haqları təşkilatı sentyabrın 30-da belə bir bəyanatla çıxış edib. “Tərəflərin hamısı mülki şəxslərin hədəfə alınmasına tam qadağaya sayqı göstərməlidir”, – bəyanatda deyilir.

Dağlıq Qarabağda intensiv əməliyyatlar sentyabrın 27-dən başlanıb. Azərbaycan hakimiyyəti Ermənistan tərəfin hücumuna cavab verdiyini deyir. Tərəflər bir-birini döyüşü birinci başlamaqda ittiham edir. Hazırda təmas xəttində intensiv döyüşlərin getdiyini vurğulayır.

“Bütün tərəflər yadda saxlamalıdır ki, mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və hərbi cinayət deməkdir. Bu, hətta düşmən zərbəsinə cavab olaraq həyata keçiriləndə də belədir”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.

Azərbaycan tərəfdən öldürülmüş mülki şəxslərin sayı 12-yə çatıb, 35 nəfərin yaralandığı deyilir. Ölən hərbçilərin sayı açıqlanmır.

Ermənistan tərəfsə azı 84 hərbçinin və 5 dinc sakinin öldürüldüyünü, 30-dək dinc şəxsin yaralandığını bildirir.

Azadlıq Radiosu

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az