Həmməruzəçilər T. Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır

tərəfindən Gozetci

[:az]

“Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır”, – AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ser Rocer Geyl və Stefan Şennak, həmçinin Azərbaycanda siyasi məhbus işləri üzrə həmməruzəçi Sunna Evarsdottir bildirirlər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri müxalifətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır. Milli Şuranın və Müsavat partiyasının üzvü olan T.Yaqublu sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarıyla ev dustaqlığına buraxılıb, məhkəmənin hazırlıq iclası sentyabrın 28-də davam edəcək.

“Onun həbsinin ev dustaqlığı ilə əvəz olunması alqışlanası ilk addımdır”, – AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ser Rocer Geyl və Stefan Şennak, həmçinin Azərbaycanda siyasi məhbus işləri üzrə həmməruzəçi Sunna Evarsdottirbildirirlər.

“Bu bizə Azərbaycan hakimiyyətinin Yaqublu barəsində hökmdən narahatlığımızı yoluan qoyacağı, onun işinə Avropa Şurasının ədalətli məhkəmə standartlarına uyğun baxacağına dair ümid yaradır. Cənab Yaqublunun aclıq aksiyasını dayandırması qərarı da gərginliyimizi azaltdı”, – bəyanatda vurğulanır.

Azadlıq Radiosu

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az