Şəhidlər Xiyabanında müxalifətlə gərginlik yaşanıb

tərəfindən Gozetci

[:az]Bu gün, sentyabrın 15-də Bakıda Şəhidlər Xiyabanında “Türk Şəhidliyi” abidəsini ziyarət edən Milli Şura və Müsavat Partiyasının fəalları ilə polis arasında gərginlik yaşanıb.

Milli Şura və Müsavat Partiyası rəhbərliyinə karantin rejimi səbəb göstərilərək 10 nəfər şəxsdən artıq qrup şəkilində abidənin önünə getməyə imkan verilməyib. Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli abidənin önündə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci illiyi ilə bağlı qısa nitq söyləyib. Polis buna imkan verməyib. Ə.Kərimli deyib ki, koronavirusdan siyasi məqsədlər üçün istifadə edilməməlidir, onlar sosial məsafəni qoruyurlar.

“Ziyarətimizə imkan verilməyib”

“Ora 10 nəfərlik qruplarla buraxıldıq, abidənin önünə gül qoyduq. Lakin Əli Kərimli danışmağa başlayan kimi polis əməkdaşları bizi ərazidən uzaqlaşdırmağa başladı. Faktiki olaraq ziyarətimizə imkan verilməyib”, – deyə AXCP-dən qeyd ediblər.

Oxşar insident Müsavat Partiyası rəhbərliyi və fəalları ilə də bağlı baş verib.

Üstəlik, çıxış edərkən Müsavat Partiyası başqanı Arif Hacılı ilə polis arasında da gərginlik yaşanıb. “Bütün bu hərəkətlərinizə görə cavab verəcəyiniz gün uzaqda deyil”, -deyə Arif Hacili vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Amma Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martin 24-dən karantin rejimidir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az