Apellyasiya Məhkəməsi ADO teatrının küçə tamaşalarına icazə verməyib

tərəfindən Gozetci

[:az]Sentyabrın 3-ü Bakı Apellyasiya Məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətinin ADO (Azərbaycan Dağınıq Oda teatrı) teatrına qarşı qaldırdığı iddianı təmin edib.

ADO teatrının məlumatına görə, hakim Ülvi Mayılov teatrın xeyrinə çıxarılan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib, üstəlik teatrın məhkəməyə üz tutma səbəbiylə qaldırdığı iddia əsassız elan olunub.

“ADO teatrı 3 ilə yaxındır ki, küçə performansları (küçə tamaşası-red) üçün həm Mədəniyyət Nazirliyinə, həm də Bakı meriyasına müraciət edib. Hər iki qurum məsələni üzərindən ataraq, digər qurumun buna baxdığını iddia edir. ADO bununla bağlı məhkəməyə müraciət edib və iddia təmin olunub. Biz bu qərarı tarixi və president bir qərar kimi görürdük. Ancaq Apellyasiya Məhkəməsi həmin qərarın üstündən xətt çəkməyi bacardı,” ADO teatrı bildirir.

ADO teatrı bir çox ölkələrdə, o cümlədən Gürcüstanda küçə tamaşaları göstərib. Ancaq teatrın Azərbaycanda küçə tamaşaları təşkil etməsi üçün icazə verilmir. Belə ki, bununla bağlı Mədəniyyət Nazirliyi Bakı şəhər İcra Hakimiyətinin, İcra Hakimiyyəti isə Mədəniyyət Nazirliyinin icazə verməli olduğunu bildirir. Teatr iki dövlət qurumunun öz aralarında məsələni həll etməsini istəyib və buna nail ola bilməyib. Bu səbəbdən, 2019-cu ildə məhkəməyə müraciət edib. Ötən il dekabrın 30-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı küçə teatrları keçirmək barədə iddiasını təmin edib.

Bakı şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi sentyabrın 3-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib.

Teatrın rejissoru Elmin Bədəlov Amerikanın Səsinə bildirib ki, Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil və Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

“Əgər, Ali Məhkəmə şikayətimizin təmin etməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəyik,” o qeyd edib.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Amerikanın Səsi​[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az