[:az]Qarabağa dəstək yürüşündə iştirakı ilə əlaqədar inzibatı həbs cəzası alan AXCP fəalları azadlığa çıxıb.
Bu barədə jurnalist Təzəxan Mirələmli öz feysbuk səhifəsində paylaşım edib.
Beləliklə 30 sutkalıq inzibatı həbsi başa vuranların siyahısı
1.Nicat Abdullayev, AXCP Ali Məclis üzvü,
2.Süleyman Məhərrəmli, AXCP üzvü
3. Fərrux Əliyev, AXCP üzvü
4. Arif Paşayev, AXCP üzvü
Xatırladaq ki, iyulun 14-də axşam saatlarında minlərlə şəxs Bakının mərkəzi küçələrinə doğru yürüş edib. Yürüşçülər Milli Məclis binasının önündə toplaşaraq Qarabağa dəstək şüarları səsləndiriblər. Bir qrup şəxs Milli Məclisinin binasına daxil olduqdan sonra polis yürüşü zorakılıqla dağıdıb. Yerli insan haqları qrupları bildririk ki, yürüşdən sonra əsasən siyasi fəalların hədəf alındığı həbs dalğasında 70-dən çox şəxs saxlanılıb.[:]