AXCP: ‘Cəbhəçilərdən cinayət işinə yeni cəlb edilənlər var’

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon şöbəsinin sədri Elnur Cabbarlı və partiyanın Abşeron rayon təşkilatının üzvü Müşfiq Quliyevin ağır ittihamlarla üzləşdikləri bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib. Bundan öncə partiya hər iki cəbhəçinin avqustun 30-da saxlandığı, amma taleylərinin bəlli olmadığını bildirmişdi. AXCP-dən verilən yeni məlumata görə, onların hər ikisinə Baş Prokrorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması ) və və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham verilib.

Partiyadan əlavə edildiyinə görə, onlar barədə həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat göndərilib.

Amma bu məlumatı, hələlik, Baş Prokurorluq və Nəsimi Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Onlardan buna qədər 16 nəfəri haqqında cinayət işi başlandığı, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunurdu.Daha 15 civarında cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilmişdi. Saxlananlardan bəzisinin də buraxıldığı açıqlanıb. Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı, əsasən, Elnur Cabbarlı və Müşfiq Quliyevin üzləşdiyi ittihamın verildiyi deyilir.Lakin həbs olunan cəbhəçilərdən ikisinə isə əlavə 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəylə də ittiham verildiyi deyilir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az