Tofiq Yaqublunun məhkəməsində vəkillərin vəsatəti təmin olunmayıb

tərəfindən Gozetci

[:az]Bu gün Nizami rayon məhkəməsində Müsavat partiyasının və Milli Şura Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun hakim Nəriman Mehdiyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə zalına  yalnız T. Yaqublunun qızı Nigar Həzi buraxılıb. Tofiq Yaqublu məhkəmədə jurnalistlərin, yaxınlarının və AXCP sədrinin iştirakının təmin edilməsini hakimdən tələb edib. Hakim isə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qərarını əsas gətirərək həmin şəxslərin iştirakına icazə verməyib.

Məhkəmə prosesində şahid qismində dindirilən Dövlət Yol Polis İdarəsinin Nizami rayonu üzrə yol hadisələri ilə bağlı inspektoru Malik Manafov  istintaqa verdiyi ifadələrini təsdiqlədiyini bildirsə də, məhkəməyə verdiyi ifadələrində hadisə günü Tofiq Yaqublu ilə bağlı heç bir suala cavab verə bilməyib. Müdafiə tərəfinin vəkilləri şahid Manafovun telefon nömrəsini təqdim etməsini xahiş edib. Malik Manafov isə  bu xahişi rədd edib.

Daha sonra məhkəmə vəkillərin M.Manafovun telefon nömrəsini mobil operatora göndərməklə hadisə günü şəxsin anten məlumatlarını əldə etmək üçün təqdim etdikləri vəsatəti  təmin etməyib.

Məhkəmənin gedişində Tofiq Yaqublunun halının pisləşdiyi deyilir.

Məhkəmə prosesi avqustun 25-ə qədər təxirə salınıb.

Xatırladaq ki, Tofiq Yaqublu martın 22-də tutulub, növbəti gün Nizami Rayon Məhkəməsində barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

T.Yaqublu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunur və bu maddə  üzrə ona 2 ildən 6 ilə qədər həbs cəzası verilə bilər.

 

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az