Keçmiş siyasi məhbus ölkədən çıxışına qadağa qoyulduğunu bildirib

tərəfindən Gozetci

[:az]2018-ci ildə həbs olunmuş və 1 il müddətinə azadlıqdan şərti məhrum edilmiş Müsavat Partiyasının üzvü Azad Həsənovun ölkədən çıxışına qadağa qoyulub.

O bildirib ki, onun cəza müddəti və məhkəmə qərarı ilə təyin olunmuş sınaq müddəti bitsə də, ölkədən kənara buraxılmır. “Keçən ilin avqust ayında həbsdən azad olunmuşam, bu ilin aprelində məhkəmə tərəfindən təyin edilmiş sınaq müddəti bitib. Bununla bağlı Suraxanı rayon icra və probasiya şöbəsindən müvafiq sənədim də var. İyulun 24-də ölkəni tərk edib Litvaya ailəmin yanına getmək istəyərkən hava limanında sərhəd xidmətinin əməkdaşları məni saxladı. Dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub”.

Azad Həsənov qeyd edib ki, iyulun axırında bununla bağlı Daxili İşlər Nazirliyinə onlayn müraciət edib. “Lakin müraciətim qeydə alınsa da, mənə indiyənə qədər məsələ ilə bağlı heç bir cavab verilməyib. Bundan əlavə mən hər gün məlumat almaq üçün DİN-in “102” xidmətinə zəng vurmuşdum. Hər dəfə məni bir istiqamətə yönləndirir, gah Bakı Şəhər Baş Polis İdarəsinə, gah Probasiya şöbəsinə göndərirlər. Suraxanı rayon İcra və Probasiya şöbəsinin DİN-ə göndərdiyi məktubun bir nüsxəsin əldə etdikdən sonra, “102” xidmətinin tövsiyyəsi ilə DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsinə dəfələrlə müraciət etmişəm. Onlar isə hər dəfə “gözlə”, “araşdırılır, “səbirli ol” deyərlər, amma konkret cavab vermirlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Azad Həsənov 2018-ci ilin oktyabrında xəstə atasına baş çəkmək üçün mühacirətdə olduğu Litvadan Azərbaycana gəldikdən bir neçə saat sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham irəli sürülüb. Hüquq müdafiə təşkilatları A.Həsənovu siyasi məhbus kimi tanıyıb.

2019-cu ilin avqustunda A. Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az