Fuad Qəhrəmanlı ‘çevriliş cəhdində’ ittiham olunur

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı haqqında həbs qərarı çıxarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosu-na partiyanın mətbuat xidmətindən məlumat verilib.

Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.

Son bir həftə ərzində həmin iş üzrə həbs edilən digər cəbhəçilərdən fərqli olaraq, Fuad Qəhrəmanlıya qarşı CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə yanaşı, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsilə də ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə məlumatı Nəsimi Rayon Məhkəməsindəki mənbə də AzadlıqRadiosuna təsdiqləyib:

“Onun haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə təqdimata məhkəmənin hakimi Azər Tağıyev baxıb. Məhkəmə iclası axşam saat 21.00 radələrində keçirilib. Fuad Qəhrəmanlının hüquqlarını məhkəmədə ona dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. İlkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az