AXCP fəallarına ağır dərəcəli fiziki işgəncə verildiyi bildirilir

tərəfindən Gozetci

[:az]AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və partiya Təşkilat Komitəsinin üzvü Ramid Nağıyevə ağır dərəcəli fiziki işgəncə verildiyi bildirilir. Bu barədə Hüquqşünas Namizəd Səfərov özünü Facebook hesabında məlumat paylaşıb. O bildirib ki, ağır xəsarətlər aldıqlarına görə Kürdəxanı təcridxanası onları bu vəziyyətdə təcridxanaya qəbul etməkdən imtina edib:

“Daxil olan məlumatlara görə 14 iyul orduya dəstək yürüşündə iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunaraq, həbsə alınmış AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və partiya Təşkilat Komitəsinin üzvü Ramid Nağıyevə verilən işgəncələr nəticəsində aldıqları ağır xəsarətlərə görə, Kürdəxanı təcridxanası onları bu vəziyyətdə təcridxanaya qəbul etməkdən imtina edib”

Qeyd edək ki, AXCP partiyasının 20-dən çox üzvü Bakıda Qarabağa dəstək yürüşündə iştirak etdiklərinə görə polislər tərəfindən saxlanılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat xidmətinin katibi Natiq Ədilov iyulun 20-də özünün Facebook hesabında bildirib ki, Ramid Nağıyev və Bəxtiyar İmanova partiyanın sədri Əli Kərimlinin əleyhinə ifadə vermək üçün işgəncə edilib. Onların vəkilləri görüşməsinə icazə verilməyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az