AXCP üzvü sərbəst buraxılıb

tərəfindən Gozetci

[:az]İyulun 14-də Bakıda orduya dəstək yürüşü ilə əlaqədar saxlanılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10 üzvündən 2-i buraxılıb. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

AXCP-dən verilən məlumata görə, partiya üzvü Vüqar Əbilov sərbəst buraxılıb.

Elvin Məmmədov isə polis nəzarəti olmaqla ev dustaqlığına buraxılıb.

Qeyd olunub ki, Asif Yusifli ilə Seymur Məmmədzadəyə CM-in 186.2.1 (əmlaka ziyan vurmaq), 233-cü  (iğtişaşlarda iştirak etmək) və 315-ci (hakimiyyət nümayəndəsinin əmrinə tabe olmamaq) maddələrilə cinayət işi qaldırılıb.

İyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplanmış şəxsləri uzaqlaşdırıb. Polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb.

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az