[:az]Tofiq Yaqublunun məhkəməsi mübahisə ilə başladı[:]

tərəfindən Gozetci

[:az]Bu gün, iyulun 24-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Bu haqda “Basta”ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlı məhkəmə iclasında vəkillər Aqil Məhərrəmov və Elçin Sadıqovun iştirak etdiyini, pandemiya əsas gətirilərək, onun və digər partiya fəallarının məhkəməyə buraxılmadığını bildirib: “Yalnız məhkəmə başladıqdan sonra vəkillərin təşəbbüsü ilə Tofiq bəyin qızı Nigar Həzi prosesə buraxıldı”.

Nigar Həzinin bildirdiyinə görə, hazırlıq iclası baş tutub və məhkəmə prosesi avqustun 5-i saat 11:00-a təyin edilib.

O, bildirib ki, Tofiq Yaqublu məhkəməyə gətirilərkən məhkəmə zalında Penitensiar Xidmətinin əməkdaşları qanunsuz olaraq, onun özünə məxsus cinayət materiallarına baxıblar: “Ata öz “cinayət işi”nə “şərəfsizliyin ifşası” başlığı qoyduğunu görüblər və bu zaman PX-in əməkdaşları ilə mübahisə yaranıb. Hakim Nəriman Mehdiyev müdaxilə edərək bildirib ki, “bura mitinq deyil”. Hakim siyasi ifadə işlətdiyinə görə atanın vəkilləri vəsatət verərək məhkəmə tərkibinə etiraz etdilər. Bununla bağlı şikayəti poçt vasitəsi ilə Apellyasi Məhkəməsinin sədrinə göndərdilər. N. Mehdiyevin səlahiyyəti olmadığı halda vəsatəti baxılmamış saydı və hazırlıq iclasına davam etdi”.

Bundan sonra vəkillər cinayət işinə xitam verilməsiylə bağlı vəsatət qaldırıb, lakin təmin edilməyib.

Hakim Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi və maşının qaytarılmasıyla bağlı vəsatətləri də təmin etməyib.

“Ata deyir ki, bir çoban müstəntiq Ramil Əliyevdən daha urvatlı cinayət işi düzüb qoşardı. Hakimə isə bunları dedi: ” Siz mənə məhkəmə qura bilməzsiniz. Haqq mənəm, qanun mənəm! Siz burada İlham Əliyevin sifarişini icra edirsiniz. Sizin cürətiniz çatsaydı, ilk işə baxanda buna xitam vererdiniz. Vaxt gələcək bütün bunlara görə, cəbhəçilərə qarşı etdiyiniz repressiyalara görə cavab verəcəksiniz!” – deyə, Nigar Həzi özünün feysbuk səhifəsində yazıb.

Basta[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az