[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Rəşid Turabov, Fərrux Əliyev və Elxan Nuriyevin inzibati qaydada həbs edildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, hər üç şəxs karantin qaydalarını pozmaqda günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alıb.
Partiyanın digər məlumatına görə, bir neçə gün əvvəl saxlanılan AXCP üzvü Ayaz Məhərrəmli iyulun 14-də Milli Məclisin qarşısında baş vermiş hadisələrlə bağlı açılmış cinayət işinə cəlb olunub.
Məlumatları, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
AXCP: Cəbhəçi 30 sutka həbs edilib
İki gün əvvəl, iyulun 20-də saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Nicat Abdullayevin inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, N.Abdullayev bu gün, iyulun 22-də anasına zəng edərək 30 sutka inzibati qaydada həbs olunduğunu deyib.
Amma N.Abdullazadənin nədə günahlandırıldığını öyrənmək mümkün olmayıb.
Hələlik, bu məlumatı rəsmi qurumlardan da dəqiqləşdirmək cəhdləri nəticə verməyib.
AXCP son günlər 20-dən çox üzvünün saxlandığını, onlardan bəzilərinin buraxıldığını, 7 üzvünün isə iyulun 14-də orduya dəstək aksiyasından sonra yaşanan olaylarla bağlı açılan cinayət işi üzrə istintaqa cəlb edildiyini vurğulayıb.[:]