[:az]Tofiq Yaqublunun həbs müddətini 2 ay uzadırlar[:]

tərəfindən Gozetci

[:az]İstintaq Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin müddətinin iki ay uzadılması haqqında təqdimatı məhkəməyə təqdim edib. Bu barədə onun qızı Nigar Həzi bildirib.

Müstəntiqin təqdimatına iyunun 19-da saat 10.00-da Nizami rayon məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baxılıb.

* Tofiq Yaqublu martın 22-də  xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamı ilə həbs edilib. Bu, prezident İlham Əliyevin müxalifətin ünvanına təhdid yer alan çıxışından bir neçə gün sonra baş verib.

Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər. Onun “cinayəti” park edilmiş avtomobilinə başqa maşının vurmasında və maşındakı şəxslərin Yaqubluya hücum etməsində özünü büruzə verib. Bu şəxslər sonradan Yaqublunun özünü ittiham ediblər.

Bir çox beynəlxalq təşkilatlar Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.

Müxalifətçinin tərəfdaşları həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin tənqid etməsi və Facebook-dakı nəşrləri olduğundan əmindirlər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az