[:az]AXCP üzvün məhkəmə prosesi keçirilib[:]

tərəfindən Gozetci

[:az]İyunun 17-də Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Paşa Umudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses şahidlərin ifadələri ilə davam etdirilib.

Şahid Heydərov Bayramın sözlərinə görə Umudov onun bacısının evində usta kimi çalışıb və bir neçə dəfə o, Umudova narkorik vasitəsini almaq üçün pul verib. “Bir dəfə ikimiz çəkmişik. Bir dəfə isə ona aldırıb özsmdə saxlamışam”.

Vəkil Zibeydə Sadıqova isə şahidlə bağlı vəsatət verib. Vəkilin sözlərinə görə, Heydərovun Umudovla ədavətləri var və Heydərovu şahidlər siyahısından çıxartmağa xahiş edib. Heydərov və Umudov vəkilin sözlərini təsdiq ediblər. Lakin məhkəmə vəkilin vəsatətini təmin etməyib.

Şahid Məmmədov Mais ifadələrində bildirdi ki, Umudovla usta kimi 7-8 il bir yerdə işləyib və bir-iki dəfə bir yerdə narkotik çəkiblər. Şahid həmçinin deyib ki, Umudov ona narkotiki pul müqabilində satmayıb.

Şahid Quliyev Samir bildirdi ki, Umudovla 2018-ci ilin oktyabr ayında inzibati həbsdə tanış olub, sonra isə bir neçə dəfə görüşərək narkotik çəkiblər. Narkotiki isə Umudov alıb gətirmişdi.

Umudov isə məhkəməyə bildirib ki, Quliyevlə 2019-cu ildə yanvarın 19-da keçirilmiş mitinqdən sonra inzibati həbsdə tanış olub. “Onunla bir yerdə narkotik çəkmək barədə iddialar absurddur. Adam Qobuda yaşayır, amma deyir ki, gəlib Günəşlidə çəkmişəm. Kimsə narkotik çəkmək üçün bu boyda yolu gedər?”.

Digər şahidlər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə prosesi iyunun 29-a qədər təxirə salınıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az