[:az]Müsavat Partiyasının Polis zorakılığıyla bağlı BƏYANATI[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyası Bakıda, Sumqayıtda, Lənkəranda və digər şəhərlərdə elan edilmiş sərt karantin rejimi çərçivəsində şənbə və bazar günləri tətbiq olunan qaydaları pozan vətəndaşlara qarşı aşırı güc tədbiq olunmasını, qanunda nəzərdə tutulmayan formada vətəndaşlarla davranılmasını yolverilməz hesab edir.

Polisin karantin tədbirlərini pozan insanlara xəbərdarlıq etməli, maksimum halda həmin vətəndaşları cərimə etməklə kifayətlənməli olduğu halda, fiziki güc və işgəncə tətbiq etməsi kütləvi hal alıb.

Müsavat Partiyası hüquq mühafizə orqanlarından, karantin dövründə məsuliyyətsiz davranan, tədbiq olunan qaydalara əməl etməyən vətəndaşlara qarşı qanun çərçivəsində, məsuliyyətlə və səlahiyyətlərindən sui-istifadə etmədən tədbirlər görməli olduğunu bildirir.

Müsavat Partiyası yuxarıda qeyd olunan davranışlar zamanı vətəndaşlarla polis arasında yaranmış insidentdən sonra, bu gün səhər saatlarında çevik polis alayının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki mənzillərə məhkəmə qərarı olmadan, hüquqa zidd formada daxil olaraq inzibati hüquüpozmada şübhəli bilinən şəxslərə qarşı qatı cinayətkarlar kimi davranılmasını, evlərdəki azyaşlı və yaşlı insanlara, xəstələrə psixoloji stress yaşatmaqla vətəndaşlara qarşı amansız davranışını, elementar etik qaydaların belə gözlənilməməsini Azərbaycan dövləti və polisi adına rüsvayçı davranış hesab edir. Bu qərarı verənlərin və icraçılarınını müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını tələb edir.
8 iyun 2020.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az