[:az]Nida Vətəndaş Hərəkatının karantin günlərində baş verən polis zorakılığı ilə bağlı bəyanatı[:]

tərəfindən Gozetci

[:az]Koronavirus infeksiyasının yayılmasının sürətlənməsi ilə əlaqədar hökumət ötən şənbə və bazar günləri üçün sərt karantin rejimi tətbiq edib. O günlərdə və bu gün səhər daxil olmaqla bir sıra yerlərdə karantin qaydalarının pozulmasına görə polislərin vətəndaşlara qarşı qeyri-adekvat və sərt münasibətini müşahidə etdik. Karantin rejiminin tətbiq olunduğu günlərdə polis insanlarla sivil rəftar edərək onları xəbərdarlıq və ya cərimələməklə pozuntu ilə bağlı tədbir görə bilərdi.

Hazırda ölkədə fövqəladə vəziyət elan edilmədiyi halda insanlardan sərt karantin rejimində yaşamaq tələb olunur. Əgər ölkədə bu cür yaşam qaydalarını şərtləndirən kritik durum varsa, hökumət qaydaları vacib edən faktorları açıqlayıb üzərinə adekvat öhdəliklər götürməli və cəmiyyətə izahat verməlidir. Yalnız bu haldan sonra vətəndaşlar sərt karantin qaydalarının zəruriliyini qəbul edə bilər. Şübhəsizdir ki, hökumət özü ilə xalq arasında uçurumu dərinləşdirir, dövlət strukturlarına onsuz da mövcud olan inamsızlığı maksimum həddə çatdırır.

Biz hökumətdən 7 və 8 iyun tarixlərində Bakının Yasamal rayonu və polis zorakılığının müşahidə olunduğu digər yerlərdə polisin hər bir zorakı addımının zəruriliyini sübut edən dəlilləri ictimailəşdirməsini, əks halda zorakılıq göstərən polis nəfərləri və onlara əmr verən zabit heyəti barədə ölçü götürülməsini tələb edirik.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az