[:az]DİN-dən YASAMALda sakinlərin saxlanılması ilə bağlı RƏSMİ açıqlama![:]

tərəfindən Gozetci

[:az]Dünən- iyunun 7-də  sərt karantin rejimi zamanı D.Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq  bina sakininləri polisin üstünə zibil torbaları atmışdılar.

DİN-dən ASAN Radioya bildirilib ki, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüblər.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az