[:az]Təhsil Nazirliyi qarşısında təkbaşına aksiya keçirən fəal saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]İyunun 2-də ictimai fəal Gülnarə Mehdiyeva Təhsil Nazirliyi qarşısında “Tələbənin tələbi cinayət deyil” şüarı ilə təkbaşına aksiya keçirib.

O, tələbələrin iyunun 1-də karantin rejimi ilə əlaqədar ali məktəblərdə ikinci semestr üçün təhsil haqqının ləğvi tələbi ilə keçirilən etiraz aksiyasının dağıdılmasına bu şəkildə etiraz edib.

“Tələbələr keçirilməyən dərslərə görə ödəniş etmək istəmirlər. Onlar tam haqlıdırlar. Tələbələrin təhsil haqqına ödəyəcəyi pulu qazanmaq üçün valideynlər bu ağır karantin dövründə böyük əziyyət çəkirlər. Tələbələrin tələbini haqlı hesab edirəm”, deyə Mehdiyeva bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları onun aksiya keçirməsinə və jurnalistlərin işinə mane olublar. Mehdiyeva, həmçinin deputatlığa keçmiş namizəd Rəbiyyə Məmmədova və jurnalist Nərgiz Absalamova saxlanılıb.

Xatırladaq ki, dünən bir qrup tələbə və gənc fəal Təhsil Nazirliyi qarşısında “Ödənişi ləğv et!” və “İmtahanları ləğv et!” şüarları altında aksiya keçirib. Onlar yay imtahan sessiyasının və ikinci semestr üçün təhsil haqqının ləğvini tələb ediblər.

“Tələbə tələbi” təşəbbüs qrupunun rəhbəri Rüstəm İsmayılbəyli karantin rejiminin pozulması və polisə tabe olmama ittihamı ilə 15 gün müddətinə həbs edilib. Daha beş fəal cərimə edilib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az