[:az]Fleşmob təşkilatçısı barəsində cinayət işi açılıb[:]

tərəfindən Gozetci

[:az]Mayın 29-da Fəvvarələr Meydanında1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirməyə cəhd edənlər saxlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fleşmob xüsusi karantin rejimi qaydalarına zidd olub və bu səbəbdən qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb.

Məlumatda həmçinin deyilir ki, tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. “Əraziyə toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb”.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az