[:az]Gənc fəalın 10 sutka həbs olunduğu deyilir[:]

tərəfindən Gozetci

[:az]Gənc fəal Nəriman Abdullanın bu gün, aprelin 11-də Lənkəran şəhərində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 10 sutka həbs olunduğu bildirilir.

Bu barədə N. Abdullanın yaxınları məlumat verib.

Məlumata görə, fəalı aprelin 10-da axşam saatlarında Lənkəran Rayon Polis Şöbəsinin üç əməkdaşı evdən aparıb:

“Nərimanı evdən aparıblar. Heç bir şeyi da izah etməyiblər. Gecə evə yenidən polis gəlib və Nərimanın telefonunu aparıblar”.

Fəalın yaxınları onun həbsini sosial şəbəkələrdə yazdığı statuslarla və şərhlərlə izah edir.

Bu deyilənlərə, hələlik, Lənkəran Rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Müxalifət və bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti karantindən tənqidi mövqelərin susdurulmasından ötrü istifadə edir. Rəsmilər isə belə fikirləri qəbul etmirlər.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az