[:az]Karantin cərimələri və onun məsuliyyəti[:]

tərəfindən Gozetci

[:az]Son bir gün ərzində ( aprelin 3-də) xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər həbs edilib, 5073 nəfər cərimə olunub.

Bu barədə aprelin 4-də Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayııb:

“…Epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib”

DİN bildirir ki, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara yollardan keçməyə cəhd göstərdiklərinə görə də cirimələnən olub:

“Ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub”.

Sosial şəbəkələrdə isə iddia olunur ki, hətta tibbi maska taxmadığına görə, cərimə edilənlər var. Bu barədə şikayətlənənlər arsında jurnalistlər də mövcuddur. Hərçənd, DİN tibbi maskalara görə, vətəndaşların cərimə edilməsini yalanlayıb.Yeri gəlmişkən, ölkədə tibbi maskaların tapılmaması ilə də bağlı çoxsaylı şikayətlər eşidilir.

Hafiz Həsənov

“…Hüquqi baxımdan müəyyən qədər mübahisəlidir

Hüquqşünas Hafiz Həsənov Azadlıq Radiosuna deyib ki, xüsusi karantin rejimi ilə bağlı qaydaları Nazirlər Kabineti (NK) müəyyən etməlidir:

“İndiki halda isə Nazirlər Kabineti yanında Operativ qərargahın belə qadağalar müəyyən etməsi hüquqi baxımdan müəyyən qədər müabhisəlidir. Qanunvericilikdə ancaq qərar qəbul etmək səlahiyyəti olan, Konstitusiya və qanunlarla səlahiyyət verilmiş qurmların qərarlarını yerinə yetirməmək hüquqi məsuliyyət yaradır ”.

Məhkəməyə müraciət edə bilərlər

Hüquqşünas maska taxılmadığına görə, cərimələrə gəlincə isə deyib:

“Hesab edirəm ki, bu qərarların legitimliyi qanununauğyun olmadığına görə, Operativ qərargah tərəfindən müəyyn edilən qaydaların hüquqi məsuliyyət doğurması mübahiəslidir və buna əsasən məsuliyyətə cəlbolunmalar düzgün deyil”.

Hüquqşünas vurğulayıb ki, üstəlik, Operativ qərargahın müəyyən etdiyi qaydalarda insanların küçədə maskasız və ya əlcəksiz gəzməsilə bağlı heç bir müddəa yox idi:

“Əgər, maskasız və əlcəksiz gəzməyə görə, hansısa inzibati məsuliyyətə cəlb edilmə faktı varsa, şəxs 10 gün ərzində həmin qərarla bağlı müvafiq rayon məhkəməsinə müraciət edə bilər və belə qərarların ləğvi üçün tam əsas var”.

H.Həsənovun deməsinə görə, qərargahın qaydalarında “zərurət olmadan yaşadığı mənzili tərk etməmək” tələb edilir.

Bununla belə, H.Həsənov hesab edir ki, aprelin 5-dən qüvvəyə minəcək məhdudiyyətlərlə bağlı qərarı isə Nazirlər Kabineti verib, legitim və hüquqi qərardır, yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır.

Zahid Oruc

“Bütün bunlarda məqsəd…”

Deputat Zahid Oruc, isə hesab edir ki, koronavirus epidemiyası bəşəriyyəti hazırlıqsız yaxalayıb və bu da özünü bütün həyat sahələrində göstərir.

Onun fikrincə, bu virusa qarşı mübarizədə qadağa tədbirlərinin həyata keçirilməsinin adekvatlığı çox böyük önəm daşıyır. Deputatın sözlərinə görə, bir sıra dövlətlərdə karantin rejimi ilə bağlı qanunvericilik sənədləri uzun 10 illər ərzində mövcud olub və bu mənada bütün münasibətləri həmin hüquqi çərçicədə tənzmiləyə bilirlər:

“Azərbaycanda isə bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ qərargahın irəli sürdüyü məhdudlaşdırıcı qaydalar işə düşdü. Bu bizim normativ hüquq yaratmaq işində bir dərəcə oldu, hüquqi baxmdan tanındı, ümumxalq səciyyəsi daşıdı…”, deyə O, “ Turan “ agentliyinə vurğulayıb.

Z.Oruc daha sonra da bunları əlavə edib:

“Bütün bunlarda məqsəd daha çox sayda insnaları yoluxmaya səbəb ola biləcək hərəkətlərdən çəkindirmək və qorumaqdır. Hər ikisi eyni paraleldə götürülür. Hər hansı sanksiyalar olmaması isə daha böyük cəzasılıq mühiti yaradr”

Deputatın fikrincə, Azərbaycanla müqayisədə Qərb ölkələrinin özündə bu məsələ ilə bağlı sanksiyalar daha sərt, daha geniş, daha kəskindir:

“Ona görə də, bəzi dairələrin bu mənada Azərbaycanda aşırı dərəcədə sərt normalar olması kimi düşüncələrini əsaslı saymırıq. Biz əlbəttə, arzu edərdik ki, belə addımlara ehtiyac olmaya idi…”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az