[:az]Vəkil həbsdəki cəbhəçi ilə görüşə bilməyib[:]

tərəfindən Gozetci

[:az]Bugün, aprelin 27-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevlə görüşmək istəyib. Amma vəkilin bildirməsinə görə, o, bu istəyini gerçəkləşdirə bilməyib.

Elçin Sadıqovun sözlərinə görə, o, lazım olan bütün sənədlərini təqdim etsə də, müdafiə etdiyi şəxslə görüşünə icazə verilməyib:

“Bu gün, aprelim 27-də Zamin Salayevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Vəkil orderimin təsdiq edilmiş surətini əlavə etsəm də, mənə görüş verilmədi. Deyildi ki, guya mən işə baxmış və artıq hökm çıxarmış məhkəmədən məktub almalıyam. Bildirdim ki, hökm qəbul etdikdən sonra hakim belə bir məktub verə bilməz. Bundan sonra dedilər ki, guya mən orderimi Penitensiar Ximdətə verməli və oradan icazə almalıyam. Bunun qanunvericlikdə nəzərdə tutulmadığını onların diqqətinə çatdırsam da mənə yenə görüş vermədilər”.

Vəkil bildirib ki, bununla onun peşə fəaliyyətinə və Zamin Salayevin müdafiə hüququna müdaxilə edilib.

Elçin Sadıqov əlavə edib ki, məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsmana şikayət göndərib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az