[:az]Human Rights Watch Azərbaycanda hüquqların pozulması barədə[:]

tərəfindən Gozetci

[:az]Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair növbəti illik hesabatını açıqlayıb.

Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, 2019-cu ildə ölkə hakimiyyəti əsas insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırmaqda davam edib.

Həmin dövrdə hakimiyyəti kəskin tənqid edən 50-yə yaxın  hüquq müdafiəçisi, jurnalist və vətəndaş fəalı həbsdən azad edilib. Ancaq eyni zamanda daha 30 belə tənqidçi həbs olunub.

Ölkədə işgəncə, qeyri-insani rəftar, sərbəst toplaşma və birləşmə azadlığının pozulması, KİV hüquqlarının və söz azadlığının məhdudlaşdırılması halları davam edir.

Hesabatda sözügedən pozuntuların hər biri ilə bağlı nümunələr təqdim edilir. Kütləvi hüquq pozuntularına ən bariz nümunə kimi  Xalq Cəbhəsi Partiyası fəallarının dinc mitinqinin dağıdılması zamanı polisin vəhşiliyi, kütləvi döyülmələr, həbslər və aksiya iştirakçılarının təhqir olunması göstərilir.

Eyni zamanda polis aksiyanı işıqlandıran jurnalistləri təqib edib, həmçinin aksiyalarda iştirak edənləri dindirməyə çağırıb.

Hesabatda vəkillərin təqib olunması və müxalifətçilərin hüquqlarını müdafiə etdiklərinə görə lisenziyalarından məhrum edilməsi faktları xüsusilə qeyd olunur.

Müxalifətçi jurnalistlərin, habelə xaricdən hakimiyyəti tənqid edənlərin qohumlarının həbsi və təqib edilməsi ətraflı təsvir edilib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az