[:az]Polis Bəxtiyar Hacıyevi təhdid edən şəxsi saxladığını bildirib[:]

tərəfindən Gozetci

[:az]“Axtarışda olan Suraxanı sakini özünü ABŞ vətəndaşı kimi təqdim edib”

Deputatlığa namizəd Bəxtiyar Hacıyevi təhdid edən şəxs polis tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.

Polisin məlumatına görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov saxlanılıb.

Polis müəyyən edib ki, o, saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edib.

“Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir”, – məlumatda deyilir.

Bəxtiyar Hacıyev yanvarın 13-də telefon zəngi vasitəsilə təhdid olunduğunu bildirib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az